x
Loading...
.

Bred Pittin Anjelina Coli PEŞMANÇILIĞI - FOTO

Bred Pittin Anjelina Coli PEŞMANÇILIĞI - FOTO
19:28 3 May 2017
Ölkə mətbuatı
A- A+
.

Hollivud ulduzu Bred Pitt Anjelina Colidən ayrılandan sonra ilk dəfə müsahibə verib.

Publika.az-ın xəbərinə görə, aktyor qeyd edib ki, bu altı ayda lap başını itirib. Baş verənləri unutmaq üçün heykəltaraşlığa başlayıb. Ən əsası içkini tərgidib.

Xatırladaq ki, cütlük 10 illik birlikdəlikdən sonra qalmaqallı şəkildə ayrılmışdılar. Münasibətlərinin gərginləşməsində Colinin uzun sürən xəstəliyi ilə əlaqədar aqressivliyi, Bredin içkiyə aludə olması, xəyanəti səbəb olsa da, son həmlə övladları ilə bağlı olmuşdu. Belə ki, içkili Bred böyük oğlu Meddoksa əl qaldırmışdı. Anjelina öz bioloji övladları ilə götürmə övladları arasında qətiyyən fərq qoymur. Övladlarından istənilən birini incidən adama qarşı sərt olur. Bredi də buna görə bağışlamadı.

İndi peşman olan Bred hər şeyi geri qaytarmağa cəhd edir: “Ölüm döşəyində olanda mənə qazandığım uğurlar, şöhrət, mükafat lazım olmayacaq. Ailəm, övladlarım lazım olacaq. Heyf ki, bunu gec anladım. Amma uşaqlarımla münasibətimi düzəltməyə çalışıram”.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR