Kanal D-nin məşhur serialı "Poyraz Karayel" bitdikdən sonra filminin çəkiləcəyi gözlənilir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Poyraz Karayel Küresel Sermaye" adlanacağı deyilən filmin baş rolunda serialın qəhrəmanı İlker Kalelinin rol alacağı xəbərləri yayılmışdı.
Hətta onun bu səbəbdən Beren Saatla çəkilməyə hazırlaşdığı "Tren" filminin heyətindən ayrıldığı iddia edilir. Lakin aktyorun menecerlik agentliyi açıqlama yayaraq bunu təkzib edib:
"...İlker Kalelinin həmin filmin aktyor heyətində yer alacağı ilə bağlı yazılan xəbərlərə etibar etməməyinizi rica edirik".
Filmin baş rolunda başqa aktyorun rol alacağı bildirilib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində