Bakıda sakinlər TƏŞVİŞ İÇİNDƏ - "Balalarımız harada oynamalıdır?!" - FOTO

Bakıda sakinlər TƏŞVİŞ İÇİNDƏ - "Balalarımız harada oynamalıdır?!" - FOTO
20:32 3 May 2017
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda insanlar yaşıllıq qatillərinə müqavmət göstərməkdə davam edirlər. Lakin, təəssüflər olsun ki, bu müqavimət çox az hallarda müsbət nəticə verir. "Ovçular evi" ərazisindəki tikinti prezidentin müdaxiləsi ilə dayandırıldıqdan sonra sakinlər daha çox cəsarətləniblər. Lakin görünən odur ki, hətta bu addım da bəzi iş adamlarını dayandırmayıb.

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 41 ünvanında məskunlaşan sakinlər Ressan MMC-nin ərazidə apardığı geniş miqyaslı tikintidən narahatdırlar.

Şirkət artıq bir binanı tikib. Lakin layihədə həmin binanın yanında daha iki bina tikmək nəzərdə tutulub. Hansı ki, bu binalar hazırda həmin ərazidə olan yaşıllıq və uşaqların əyləncəsi üçün yaradaılmış əyləncə yerinin hesabına başa gələcək.

Milli.Az-a müraciət edən vətəndaşlar həmin ərazinin aidiyyəti MİS-in əməkdaşları tərəfindən təmizləndiyini deyirlər. İddia edirlər ki, ərazi qəsdnən təmizlənmir. Səbəb isə oranı natəmiz yer, zibillik kimi qələmə verməklə tikinti üçün zəmin hazırlamaqdır.

Vətəndaşların vurğulayırlar ki, binalar tikiləndən sonra uşaqlarının və özlərinin istirahəti üçün yer qalmayacaq. "Balalarımız harada oynamalıdır?! Niyə qırırlar bu yaşıllıqları?"

Qeyd edək ki, həmi ərazidə olan ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2013-cü ildə aktlaşdırılıb. Ancaq bu akt da insanların sakitləşdirmir. Bildirirlər ki, şəhərdə kifayət qədər belə aktlaşdırılmış ağaclar olub ki, qırılıb yerində binalar ucaldılıb.

Sakinlər məsələ ilə bağlı Ombudsmana da müraciət ediblər.

O da qeyd edilir ki, şirkət nümayəndələri dünən ərazidə ölçmə işləri aparıblar. Bu da sakinlərdə yaxın zamanlarda tikintiyə başlanılacağı qənaətini yaradıb.

Məsələ ilə bağlı Ressan MMC-nin mövqeyini öyrənə bilmədik. Milli.Az saytından olduğumuzu biləndə müxtəlif vasitələrdən suallardan yayındılar. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR