3 abituriyent 700 bal toplayıb

3 abituriyent 700 bal toplayıb
20:42 3 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/541397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR