İtin köməyi ilə diaqnoz

İtin köməyi ilə diaqnoz
21:42 3 May 2017
Ölkə mətbuatı
A- A+

Fransa alimləri itin döş xərçəngini yüz faiz dəqiqliklə müəyyən etdiyini söyləyirlər. İtin burnu 300 milyon reseptor hüceyrələrini hiss etmək qabiliyyətinə malikdir. Süd vəzində olan xərçəng hüceyrələrinin spesifik qoxusunu it yalnız burnu vasitəsilə hiss edə bilir. Həmin üsulun səmərəsi 31 analiz nümunəsinin təhlili zamanı öz təsdiqini tapıb. Nümunə kimi döş xərçənginə tutulan qadınların sinə sarğılarından istifadə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin təklif etdiyi yeni üsulun üstünlüyü onun sadəliyində və ucuz başa gəlməyindədir. Müayinə üçün müasir mammoqrafiya avadanlıqları olmayan ölkələrdə həmin üsulun tətbiqi xüsusilə sərfəlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR