Tarixdə ilk -

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları şurasının xüsusi nümayəndəsi Katalina Devandas Aqilar Şimali Koreyaya səfər edib.

Metbuat.az-ın məlumatına görə, Aqilar KXDR sərhədlərinə girməyi bacaran ilk BMT İnsan Haqları şurası üzvü kimi tarixə düşüb.

Şimali Koreyanın qurumdakı nümayəndəsi Ri Hunq Sik ilə görüşən Aqilar onunla əlillərin hüquqları mövzusunda müzakirə aparıb.

BMT İnsan Haqları şurasının yekun bəyanatında, insan haqlarını kobud şəkildə pozduğuna görə uzun müddətdir tənqid olunan Şimali Koreya hökumətinin artıq yaxşıya doğru müəyyən addımlar atdığı qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR