x
Loading...

Avropa Liqası: “Ayaks” “Lion”u darmadağın etdi

Avropa  Liqası:  “Ayaks” “Lion”u darmadağın etdi
22:54 3 May 2017
86 Digər
Ölkə mətbuatı
A- A+
.

Bu gün Avropa Liqasında (AL) yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, “Ayaks” turnirin favoritlərindən sayılan “Lion”u qəbul edib.

 

Hollandiya təmsilçisi “Selta”, “Standard” və “Panatinaikos”la birgə yer aldığı G qrupunda 14 xalla birinci yeri tutaraq, növbəti mərhələyə adlamışdı. 1/16 finalda Polşanın “Legiya” klubunu (0:0, 1:0), 1/8 finalda isə Danimarka təmsilçisi “Kopenhagen”i (1:2, 2:0) mübarizədən kənarlaşdıran “Ayaks” 1/4 finalda iki oyunun nəticəsinə görə (4:3) “Şalke”dən üstün olub.

 

“Lion” isə Çempionlar Liqası ilə vidalaşdıqdan sonra mübarizəni Avropa Liqasında davam etdirməli olmuşdu. Turnirin 1/16 final mərhələsində “Alkmaar”ı (4:1, 7:1), 1/8 finalda isə iki oyunun nəticəsinə görə (5:4) “Roma”nı üstələyən “uşaqlar” 1/4 finalda “Beşiktaş”la qarşılaşmalı olublar. İlk görüşdə “qara qartal”a 2:1 hesabı ilə qalib gələn Fransa təmsilçisi cavab görüşünün əsas vaxtında 1:2 hesabı ilə uduzub. Ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxta, sonra isə penaltilər seriyasına ehtiyac duyulub. Penaltilərdə 7:6 hesablı qalibiyyət “Lion”u yarımfinala daşıyıb.

 

İki komanda arasındakı ilk oyun isə gözlənilənlərin əksinə böyük hesabla başa çatıb. Gənc oyunçulardan ibarət heyəti ilə fırtına kimi əsən meydan sahibləri fransızları da boynubükük yola salıb. Amsterdam təmsilçisi "Lion"un qapısından 4 qol keçirib. Rəqibin isə gücü sadəcə təsəlli qoluna çatıb ki, bu səfər qolu sayəsində "Lion"un cüzi də olsa şansı qalıb.

 

Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

3 may

“Ayaks” (Hollandiya) – “Lion” (Fransa) - 4:1

Qollar: Traore, 25, 71, Dolberq, 34, Yunes, 49 - Valbuena, 66

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR