“Yuxum”un premyerasında anşlaq - FOTOLAR

“Yuxum”un premyerasında anşlaq - FOTOLAR
00:23 4 May 2017
106 Şou
Ölkə mətbuatı
A- A+

Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutub.

Publika.az xəbər verir ki, Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası dünən Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunub.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının “Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Mədəni və siyasi xadimlər, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumları ilə yanaşı, nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.

Tamaşada səkkizi əlil olmaqla, 15 aktyor iştirak edib:

Pek - Elvin Mirzeyev

Oberon - Elşən Əsgərov

Titaniya - Nigar İsa

Tesey - Orxan Adıgözəl

İppolita - Aygün Əliyeva

Yelena - Səmayə Ağayarova

Lizandr - Nurlan Suleymanlı

Germiya - Gülnar Əlfidatlı

Demetri - Aydın Rəhimov

Egey - Cavad Heydərli

Pəri - Esmeralda Abdullayeva

Cırtdan - Fuad Huseynzadə

Aktyor - Fərid Əliyev

Aktyor - Muxtar Əhmədov

Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutub. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən olunub.

Teatrın təsisçisi və bədii rəhbəri - Nihad Qulamzadə

Direktor - Orxan Adıgözəl

Baş menecer - Nicat Qulam

Truppa müdiri - Aydın Rəhimov

Fotoların müəllifi: Famil Mahmudbəyli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR