Bakıda binanın tavanı uçdu: bir nəfər xilas edildi

Bakıda binanın tavanı uçdu: bir nəfər xilas edildi
01:14 4 May 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasının tavanının uçması və nəticədə mənzildə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyati üzrə təhvil verib.

 

Əməliyyat saat 23:06-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR