Votsapda PROBLEM

Votsapda PROBLEM
03:23 4 May 2017
Ölkə mətbuatı
A- A+

Votsap messencerinin Azərbaycan və dünyanın bir sıra ölkələrindəki istifadəçiləri problemlə üzləşiblər.

Publika.az xəbər verir ki, buna səbəb votsapın fəaliyyətində bir neçə saatlıq nasazlığın yaranması olub.

Nəticədə istifadəçilər onun xidmətlərindən yararlana bilməyiblər. Bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər sosial şəbəkələrdə messencer fəaliyyətindən yararlana bilməmələrindən şikayət ediblər.

Nasazlıq bir neçə saat sonra aradan qaldırılıb. Lakin onun səbəbləri barəsində (yalnız messencerin rus bölməsi üzrxahlıqla kifayətlənib) hər hansı məlumat verilməyib.

Smartfonlar üçün nəzərdə tutulan votsap istifadəçilər üçün fotoşəkillər, mətn, audio və videomesajlar, görüntülərin mübadiləsinə xidmət edir. Messencer 2009-ci ildə yaradılıb, 2014-cü ildə Feysbuk onu 21,8 milyard dollara alıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/197482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR