x
Loading...
.

Luçesku “Qalatasaray”a qayıda bilər

Luçesku “Qalatasaray”a qayıda bilər
03:39 4 May 2017
82 Digər
Ölkə mətbuatı
A- A+
.

Mirça Luçesku yenidən Türkiyədə işləyə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə mütəxəssisin oğlu Razvan Luçesku açıqlama verib.

 

Hazırda Yunanıstanda “Ksanti”də çalışan rumın məşqçi bildirib ki, atası ilə birlikdə çalışmaq ehtimalı var: “Əgər gözlənilməz bir şey baş verməsə, biz Mirça ilə birlikdə Türkiyədə işləyəcəyik”.

 

Türkiyə mətbuatı isə xəbər yayıb ki, “Qalatasaray” “Zenit”in baş məşqçisinə klubda idman direktorluğu, oğluna isə baş məşqçilik təklif edib.

 

Qeyd edək ki, Türkiyədə “Qalatasaray” və “Beşiktaş”da baş məşqçi işləmiş və bu komandalara çempionluq qazandırmış Luçesku uzunmüddətli “Şaxtyor” macərasından sonra ötən mövsüm “Zenit”lə anlaşmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR