x
Loading...
.

“Mançester Yunayted”in “Selta” səfəri - YENİLƏNİR

“Mançester Yunayted”in “Selta” səfəri -  YENİLƏNİR
06:57 4 May 2017
104 İdman
Ölkə mətbuatı
A- A+
.

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,dünən baş tutan "Ayaks" - "Lion" görüşündən (4:1) sonra "Selta" və "Mançester Yunayted" final üçün mübarizə aparacaqlar.

Qrup mərhələsində "Ayaks"dan sonra ikinci olan La Liqa təmsilçisi daha sonra Donetsk "Şaxtyor"u (0:1, 2:0), "Krasnodar" (2:1, 2:0) və "Genk"i (3:2, 1:1) mübarizədən kənarlaşdırıb.

"Mançester Yunayted" isə A qrupunda ikinci olduqdan sonra 1/16 finalda "Sent-Etyen" (3:0, 1:0), 1/8-də "Rostov" (1:1, 1:0), 1/4-də isə "Anderlext"i (1:1, 2:1) üstələyib.

"Selta" La Liqada hazırda 11-ci pillədə qərarlaşıb. Komanda Primeronun XXXV turunda öz meydanında "Atletik"ə 0:3 hesabı ilə uduzub. "Mançester Yunayted" isə Premyer Liqada 5-ci pillədədi. "Mankunianlar" İngiltərə çempionatının XXXV turunda "Suonsi" ilə heç-heçə (1:1) oynayıblar. Joze Mourinyonun komandasının uzun müddətə sıradan çıxan Zlatan İbrahimoviçsiz hansı nəticəyə imza atacağı maraqla gözlənilir.

Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyun

4 may

23:05. "Selta" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

Baş hakim: Sergey Karasyov (Rusiya)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR