Microsoft HoloLens kosmosda işlədiləcək - VİDEO

Microsoft HoloLens kosmosda işlədiləcək - VİDEO
07:22 4 May 2017
Ölkə mətbuatı
A- A+

Finlandiyanın "VTT Technical Research Centre" şirkətinin tədqiqatçıları astronavtlara daha dəqiq və effektiv olmağa imkan verəcək əlavə reallıq və "Hololens" kaskası üçün proqram hazırlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "EdcAR" layihəsi uyğunlaşdırılmış təlimatların iş yerində dəqiq yerinə yetirilməsi üçün onların tətbiqi üzrə hazır həllərin yaradılması ilə məşğul olur. Bu, xüsusilə kiçik səhvin böyük fəlakətlə nəticələnərək insan itkisinə səbəb olan aerokosmik sahə üçün aktualdır.

Məlumata görə, "Microsoft HoloLens" əlavə reallıq eynəyi astronavtın sonrakı işi ilə bağlı animasiyalı təlimatların, konkret mərkəzlə əlaqə nümunəsinin, hərəkət ardıcıllığının və missiyanın hazırkı statusunun nümayiş olunduğu ekrana çevrilib.

Sistemin səhvlərin sayını azaldaraq işin sürətini artıracağı gözlənilir. Gələcəkdə "HoloLens" eynəyindən digər sənaye sahələrində, təhlükəsizlik və səhiyyə təşkilatlarında istifadə oluna bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"Microsoft HoloLens" eynəyi kosmosda tətbiq ediləcək


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR