Dünyanın 10 ən gözəl HAVA LİMANI - FOTOLAR

Dünyanın 10 ən gözəl HAVA LİMANI - FOTOLAR
07:33 4 May 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın 10 ən cəlbedici aeroportunun adı açıqlanıb.

“Report” xəbər verir ki, bu siyahını “PrivateFly” turizm agentliyi hazırlayıb.

Məlumata görə, agentliyin keçirdiyi sorğu əsasında hazırlanan siyahıda sonuncu yerdə Torontoda (Kanada) yerləşən “Billy Bishop City Airport” yer alıb.

Sorğuya görə, 9-cu yerdə Böyük Britaniyada yerləşən “Barra” Aeroportudur. Bu hava limanı ancaq özəl təyyarələr üçün nəzərdə tutulub və heç bir xüsusi zolağı olmayan dəniz sahilində yerləşir.

Səkkizinci yerdə “Orlando Melbourne International Airport” yer alıb. Bu hava limanı Floridanın Mərkəzi-Şərq sahillərində yerləşir və çarter və biznes reyslər üçün istifadə edilir.

“PrivateFly”ın açıqladığı nəticələrə görə, 7-ci yerdə Karib dənizindəki “Saint Maarten International Airport”, 6-cı yerdə “London City Airport”, 5-ci sırada Yeni Zelandiyada yerləşən “Queenstown Airport”, 4-cü yerdə isə “Gibraltar International Airport”udur.

Siyahıda ilk 3-lüyü Fransadakı “Nice Cote D'azur Airport”u tamamlayır. Növbəti ikinci yeri İrlandiyadakı “Donegal” hava limanı tutur.

Siyahıya liderliyi isə cəmi 400 metr uçuş-eniş zolağına malik olan “Juanchi E irausquin Airport”u edir. Bu hava limanı Karib dənizində yerləşən Saba əyalətində yerləşir. Bu əyalət Niderlanda məxsusdur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/197481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR