x
Loading...

Google və Huawei ən ucuz kompüter yaradıblar

Google və Huawei ən ucuz kompüter yaradıblar
08:05 4 May 2017
Ölkə mətbuatı
A- A+
.

ABŞ-ıın "Google" şirkəti Çinin "Huawei" istehsalçısı ilə birgə "Android" mobil əməliyyat sistemi ilə işləyən kompüter yaradıblar. "HiKey 960" kompüteri tərtibatçılara müvafiq proqram təminatında "ARM" proqramları yaratmağa və yoxlamağa imkan verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Raspberry Pi" kompüterinin analoqu "Kirin 960" prosessoru, 32 QB daxili və 3 QB əməli yaddaşla təchiz edilib, "Bluetooth 4.2" və "Wi-Fi 802.11 b/g/n/ac" modullarını dəstəkləyir. "HiKey 960" kompüteri "Linux" əməliyyat sistemini dəstəkləyir, robot, pilotsuz uçan aparat və "ağıllı" qurğuların yaradılmasında istifadə oluna bilər. Sistem lövhəsində HDMI çıxış, USB Type-C, USB 3.0 və "microSD" kartı üçün slot var. Komponentlərin əlavə edilməsi üçün 40 və 60 pinlik konnektorlar mövcuddur. "GPU Mali G7" qrafik kartı sayəsində 4K təsvir ölçülü displeylə işləmək mümkündür. Mayda çıxarılacaq qurğunun dəyəri 239 dollar təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/540940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR