"Sabil bağı"nda baş kəsən tutuldu

"Sabil bağı"nda baş kəsən tutuldu
19:28 7 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda qətl törədən şəxs saxlanılıb.
  
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ötən gün "Sahil bağı"nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.
 
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
  
Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. N.Həsənov və tanışı O.Məmmədzadə bir nəfər tərəfindən bıçaqlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR