İlham Əliyev Fransua Ollanda başsağlığı verib

İlham Əliyev Fransua Ollanda başsağlığı verib
19:29 7 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Fransanın dövlət başçısı Fransua Ollanda başsağlığı məktubu göndərib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı.

Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR