Baş kəsənin kimliyi bilindi

Baş kəsənin kimliyi bilindi
19:56 7 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri Bakının mərkəzində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıblar.

ANS PRESS daxil olan birgə məlumatda deyilir: "Xəbər verildiyi kimi, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib".

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR