Prezident İlham Əliyev Fransua Ollanda başsağlığı verdi

Prezident İlham Əliyev Fransua Ollanda başsağlığı verdi
19:57 7 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı.

Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR