Azərbaycan çempionatının ilk turu Gəncə idmançısı üçün düşərli olub

Azərbaycan çempionatının ilk turu Gəncə idmançısı üçün düşərli olub
20:05 7 Yanvar 2015
187 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda kişi şahmatçılar arasında start verilən Azərbaycan çempionatının ilk turu Gəncə idmançısı Vüqar Rəsulov üçün düşərli olub. Milli.Az Kəpəz TV-yə (Regional TV) istinadən xəbər verir ki, Gəncə şahmat məktəbindən əməkdar məşqçi Asif Həsənovun yetirməsi 1-ci görüşündə Vüqar Əsədli üzərinə qələbə qazanıb.

Nizami yurdunun təmsilçisinin 2-ci turda rəqibi daha təcrübəli şahmatçı Vasif Durarbəylidir. Son illər bir qayda olaraq ölkə birinciliyinin mükafatçıları sırasında yer alan Vüqar Rəsulov 2012-ci ildə Azərbaycan çempionu olması ilə tanınmağa başlayıb. Sonda əlavə edək ki, Azərbaycan çempionatında 22 zəka sahibi qalib adı uğurunda mubarizə aparır. İsveçrə sistemi üzrə 9 turdan ibarət olan çempionat yanvarın 16-da başa çatacaq. Yarışın ümumi mükafat fondu 5000 manat təşkil edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR