Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Yanvar
20:14 7 Yanvar 2015
140 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Əgər şəhərin mərkəzində, hamının gözü qarşısında 26 yaşlı gəncin boğazını kəsirlərsə, əgər ər arvadını və qayınanasını övladlarının gözü qarşısında odlu silahla öldürürsə, əgər hər gün yüksək sürət səbəbilə yollarımızda onlarla insan ölürsə, əgər qadın bir günlük körpəsini küçəyə atıb qaçırsa, əgər 7 yaşlı oğlan idarə etdiyi maşınla qəza törədib ölürsə, günahkar hamıdır. Günah şagirdlərə təhsil verə bilməyən məktəbdədir, ən dəyərsiz insanların həyatını yetkin ailə modeli kimi təqdim edən, mental dəyərləri aşılayan televiziyalardadır... Pulla sürücülük vəsiqəsi alıb küçələrdə at oynadan sürücülərdə, “avtoşluğu” tərbiyəsizlik, avtoşu isə cinayətkar saymayan bizlərdədir günah... Hamımız əl-ələ verib “Cəbhədə iki erməni əsgəri ölüb” xəbərini deyil, “məşhur müğənni soyundu” xəbərini oxumağa üstünlük verən nəsil yetişdiririk... Bu nəsil Xudu Məmmədovu, Rəşid Behbudovu tanımayan, kitab oxumayan, internetdə sülənən, Üzeyir Hacıbəylini deyil, Üzeyir Mehdizadəni dinləyən nəsildir. Polat Alemdar və qanuni oğruları qəhrəmanlıq modeli seçən bu nəslin yetişməsində hamımız günahkarıq... Bütün cəmiyyət... Ona görə də heç kim başqasını günahlandırıb öz yaxasını kənara çəkməsin...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR