Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığının yoxlanılması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyacan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən döyüş tapşırığının yerinə yetirilməsi təlim mərkəzində "Osa" 9A33BM-3 zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.
Silahlı Qüvvələrin döyüş hazırlığı ilə bağlı videonu sizə təqdim edirik.