UNESCO da Fransadakı terror aktını pislədi

UNESCO da Fransadakı terror aktını pislədi
20:23 7 Yanvar 2015
82 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

UNESCO-nun baş direktoru İrina Bokova Fransanın "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına edilmiş hücumu qınayıb.

Trend-in məlumatına görə, hadisədən dərin təsirləndiyini deyən İ.Bokova ölən və yaralananların ailələrinə başsağlığı verib.

Onun sözlərinə əsasən, bu, təkcə şəxsi faciə deyil: "Bu, kütləvi informasiya vasitələrinə və fikir azadlığına hücumdur. Dünya ictimaiyyəti ekstremistlərə fikir və ideyaların sərbəst yayımının qarşısını almağa imkan verməyəcək. Biz cinayətkarları məhkəməyə çıxartmaq məqsədi ilə səylərimizi birləşdirməli, azad və müstəqil mətbuat uğrunda birgə mübarizə aparmalıyıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR