Yeni Porsche-nin sirri açıldı - FOTO

Yeni Porsche-nin sirri açıldı - FOTO
20:42 7 Yanvar 2015
195 Maraqlı
Ölkə mətbuatı
A- A+

Instagram –da johan9ff adlı istifadəçi 2015 Porsche 911 GT3 RS modelinin şəkillərini yerləşdirib. Gözlənilən model çəkiliş zamanı örtüksüz olub.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, bunlar hələlik 2015 Porsche 911 GT3 RS modelinin ən yaxşı şəkilləridir. Xatırladaq ki, model hələ ki, rəsmi olaraq təqdim edilməyib. Xarici görünüşünün tanış gəlməsinə baxmayaraq kuzov bir az genişlənib, arxa antiqanad isə xeyli böyüyüb. Ümumiyyətlə isə yeni bodi kit avtomobilə daha aqressiv görünüş verib.
 
Yeni Porsche idman kupesinin təqdimatı gözlənildiyi kimi bu yazda Cenevrə avtomobil sərgisi çərçivəsində keçirilməlidir.
 
Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR