"Qızlarım Bakıda təhsil alacaq"

"Qızlarım Bakıda təhsil alacaq"
20:51 7 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycan və paytaxtı mənim çox xoşuma gəlir. Bakı xüsusi arxitekturaya malik gözəl şəhərdi. Bura böyük sürətlə inkişaf edir. Yatırılan böyük investisiyalar özünü göstərir".

ANS PRESS-in məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis qızlarının Bakıda təhsil alacağını bildirib: "Ailəmi Azərbaycana gətirməyim də bu ölkəni nə dərəcədə bəyənməyimin bir göstəricisi sayıla bilər. Qızlarım Bakıdakı məktəbdə təhsil alacaqlar. Burada yaxşı həyat tərzi sürmək üçün hər şey var. Etiraf edim ki, Azərbaycanın bu dərəcədə gözəl olacağını təsəvvür etmirdim. Gözlədiyimdən də artığının şahidi oldum".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR