Terrorçular Yəməni hədəf göstərdilər

Terrorçular Yəməni hədəf göstərdilər
20:56 7 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına silahlı hücum edən terrorçular "əl-Qaidə" üzvü olduqlarını bildiriblər.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, 11 nəfərin ölümünə səbəb olan yaraqlılar açıq şəkildə Yəməndə fəaliyyət göstərən terror qruplaşmasının üzvü olduğunu deyiblər.

Bildirilir ki, baş vermiş hadisədən bir müddət əvvəl terrorçular yoldan keçənlərə onların terror qruplaşmasının üzvlərinin olmasını KİV-lərə çatdırmağı istəyiblər: "Onlara bildirin ki, bunu Yəməndəki "əl-Qaidə" edib".

Bu gün öldürülən “Charlie Hebdo” jurnalının baş redaktoru Stefan Şarbonyenin “əl-Qaidə”nin “qara siyahısı”nda olduğu da yayılan məlumatlar sırasındadır.

Terror təşkilatı baş redaktoru Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyinə görə hədəfə alıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR