Millimiz üçüncü "imtahan"dan kəsildi

Millimiz üçüncü "imtahan"dan kəsildi
21:06 7 Yanvar 2015
181 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələyə start verilib.

ANS PRESS-in məlumatına görə, yarışda iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması da növbəti matçını keçirib.

1-6-cı yerlər uğrunda mübarizə aparan millimiz H qrupundakı ilk görüşündə Sankt-Peterburq komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Mahir Mədətovla İlkin Sadıqov fərqlənib.

Qeyd edək ki, Nikolay Adamın başçılıq etdiyi yığmamız 1-ci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiyanın ikinci yığmasınl 4:2 hesabı ilə məğlub edib. Millimizin ikinci qrup mərhələsindəki növbəti rəqibi Cənubi Koreya olacaq.

Sankt-Peterburq
Valentin Qranatkin turniri
H qrupu, I tur

7 yanvar
Sankt-Peterburq - Azərbaycan 4:2
Qollar: Nikita Andreyev, 9. Roman Starikov, 54. Artyom Ponikarov, 57.Sergey İvanov, 90 - Mahir Mədətov, 25. İlkin Sadıqov, 68.
Sankt-Peterburq: 1. Mixail Kizeev, 2. Maykov Daniil, 6. Roman Starikov (k), 11. Nikita Andreyev, 12. İvan İqnatenko, 14. İlya İvanov, 15. Aleksey Kosolapov, 17. Daniel Qaribov, 18. Mixail Slaşev, 19. Artyom Vodyannikov, 20. Aleksey Kuçero.
Ehtiyat oyunçular: 12.Tolqa Şahin, 2. Sertan Taşkın, 3. Elməddin Məmmədov, 6. Əlibəy Məmmədli, 9. Şahban Cəbrayılov, 11. Umar Akmurzayev, 17. Fərid Kərimzadə, 24. Ayxan Əsədov.
Azərbaycan: 1. Ağaseyid Qasımov, 5. Renat Ağaverdiyev, 7. Mahir Mədətov, 8. Emin Zamanov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 18. Elvin Sərkərov, 20. Roman Hüseynov, 21. İlkin Sadıqov, 23. Elgün Uluxanov, 27. Bəhlul Mustafazadə (k).
Ehtiyat oyunçular: 16. Andrey Storojevski, 3. İqor Smirnov, 4. Vadim Romanov, 5. Vadim Kruqovoy, 7. Artyom Ponikarov, 8. Nikita Novopaşin, 9. Nikita Tyaqlo, 10. David Martirosyan, 13. Sergey İvanov.
Hakimlər: Dmitri Vesyolov, Vladislav Lyaşko, İqor Korotkov (Rusiya).
Peterburq İdman Konsert Kompleksi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR