İlk internet bank işə başladı

İlk internet bank işə başladı
21:42 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Çinin özəl Tencent investisiya şirkəti ölkədə WeBank adlı ilk internet bankını yaradıb.
 
Onlayn məkanda maliyyə institutunun yaradılması təşəbbüsü bank xidmətlərini, o cümlədən kreditləşməni bank xidmətləri ilə əhatə olunmayan geniş istehlakçı kütləsi üçün istifadəni daha rahat etməklə əlaqədardır. Bundan başqa, internet bankı borcdan istifadə edən kiçik biznesin fəaliyyətini asanlaşdıracaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kiçik sahibkarlar sərf etməyən şərtlər əsasında dövlət kreditorlarının xidmətlərindən istifadə etməyə məcbur olmaqla ölkənin iqtisadi artımının xeyli hissəsini təmin edirdilər.
 
Bundan əlavə, təşəbbüs Çin hökumətinin dövlət banklarının ölkə iqtisadiyyatı üzərində nəzarətinin azaldılması və maliyyə islahatlarının davam etdirilməsi üzrə planının tərkib hissəsidir.
 
Bankın bütün xidmətləri bilavasitə onlayn məkanda cəmləşib. Bu, üzün tanınması texnologiyası və potensial borcalanın kredit uçot tarixçəsi sayəsində mümkün olub.
 
İnternet bankı artıq 35 min yuan (5,6 min dollar) məbləğində ilk kreditini ayırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/317580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR