Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb

21:52 7 Yanvar 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 21:50 ]

Salyan. Əlibəy Zeynallı-APA. Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın Mil-Muğan bürosuna BDYPİ-nin qəza yerində olan  müstəntiqinin verdiyi məlumata görə, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində  “Mersedes” markalı 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə hələlik adı məlum olmayan sürücü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtoqəzada ölən və yaralının adları dəqiqləşdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368329

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR