Ələt-Astara magistralında “Mersedes” aşıb: 1 ölü, 1 yaralı

Ələt-Astara magistralında “Mersedes” aşıb: 1 ölü, 1 yaralı
21:54 7 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

 

APA-nın Mil-Muğan bürosuna BDYPİ-nin qəza yerində olan  müstəntiqinin verdiyi məlumata görə, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində  “Mersedes” markalı 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

 

Nəticədə hələlik adı məlum olmayan sürücü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtoqəzada ölən və yaralının adları dəqiqləşdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR