Prezident İlham Əliyev və xanımı Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər

Prezident İlham Əliyev və xanımı Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər
10:08 11 May 2017
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.

“Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlətimizin başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verdi. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.

Dövlətimizin başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR