Məşhur cütlüyün boşanma səbəbi bilindi

Məşhur cütlüyün boşanma səbəbi bilindi
22:01 7 Yanvar 2015
342 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış müğənnisi Emre Altuğun həyat yoldaşı model Çağla Şikel keçmiş sevgilisi ilə görüşdüyü üçün cütlük boşanmaq qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, 2 il əvvəl tanış olan Çağla Şikel və keçmiş sevgilisi basketbolçu Kerem Tunçeri dedi-qodular çıxdığı üçün bir müddət görüşməsələr də, bir ay əvvəl yenidən görüşməyə başlayıblar.

Boşanmaya başqa bir səbəb isə cütlüyün maddi çətinliklərinin olması göstərilir. Belə ki, Emre Altuğ keçən il bir otel açmışdı. Lakin qoyduğu sərmayənin qarşılığını ala bilmədiyi üçün maddi çətinlikləri yaranıb.

Bəzilərinin fikrincə isə 7 illik evli olan cütlüyün münasibətlərinin korlanmasına səbəb Emre Altuğun həyat yoldaşı Çağla Şikelin ad gününə gəlməməsi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl Emre Altuğ və Çağla Şikel boşanacaqlarını bildirmişdilər. Onlar bu qərarlarını açıqlayarkən uşaqlarının psixologiyasına mənfi təsir etməmək üçün mediadan xəbər yayarkən diqqətli olmağı istəmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318183

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR