Azərbaycanda avtomobil aşdı: ölən və yaralı var

Azərbaycanda avtomobil aşdı: ölən və yaralı var
22:21 7 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, qəza yerində olan müstəntiqinin verdiyi məlumata görə, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində “Mercedes” markalı 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə hələlik adı məlum olmayan sürücü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtoqəzada ölən və yaralının adları dəqiqləşdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR