Döyüş başladı: ölənlər var

Döyüş başladı: ölənlər var
22:31 7 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada Donbas vilayətində döyüşlər yenidən başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Anti terror əməliyyatı qrupunun mətbuat xidməti açıqlama verib.

Bildirilir ki, separatçılar ordu qüvvələrinin mövqelərini artilleriya atəşinə tutublar. Bundan başqa Nikişino rayonunda separatçılar snayperlərdən istifadə edib.

Şiddətli döyüşlər 6 rayonda gedib. Separatçılar əsasən Donetsk hava limanını ələ keçirməyə cəhd ediblər.

Güclü döyüşlərdən biri axşam saatlarında Starolasp məntəqəsində gedib. Şiddətli döyüşlər nəticəsində separatçılardan ikisi öldürülüb, xeyli sayda yaralıların olduğu bildirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318260

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR