Bakıda lavaş bişirmə sexində yanğın olub

22:32 7 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 22:31 ]

Bakı – APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Binəqədi rayonunda vətəndaşa məxsus “XIRMAN” MMC-nin ümumi sahəsi 170 kv.m olan ərazisində lavaş bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

 

Sexin içərisində olan avadanlıqlar, bitişik tikililər və sexin yaxınlığında olan 10 ton yanacaqla dolu çən yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR