Bakıda lavaş bişirmə sexində yanğın olub

Bakıda lavaş bişirmə sexində yanğın olub
22:42 7 Yanvar 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus “XIRMAN” MMC-nin ümumi sahəsi 170 kv.m olan ərazisində lavaş bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Sexin içərisində olan avadanlıqlar, bitişik tikililər və sexin yaxınlığında olan 10 ton yanacaqla dolu çən yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR