Əməkdar artist: "Gözəl xanım görəndə əriyirəm"

Əməkdar artist: "Gözəl xanım görəndə əriyirəm"
23:12 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Murad Dadaşov həyat yoldaşının üzüyola insan olduğunu deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “Yeri gəlmişkən” verilişinə açıqlama verən şoumen gözəl xanımların vurğunu olduğunu da etiraf edib:

“Mən gözəl xanım görəndə əriyirəm. Qadını mətbəxdə, paltar yuyanda görmək istəmirəm. Mən istəmirəm qadın yorğun, əsəbi olsun... Hər zaman parlaq, rahat, qayğısız görməyi sevirəm. Qadın sevdiyi insana sadiqdirsə, bundan gözəl xüsusiyyət, amil yoxdur. Adamlar var ki, həyatda müxtəlif faciələrlə üzləşir. Onları ayaqda saxlayan sevdikləri qadındır. Həyat yoldaşımın bir xüsusiyyəti var ki, mənə hər zaman ona hörmətlə, sevgiylə yanaşmağa, yalnız onun yanında zövqlə olmağa imkan verir. O olduqca üzüyola insandır. Evləndiyim azyaşlı insan bu gün sədaqətli, sadiq xanım, övladlarımın gözəl anasıdır”.

illi.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR