ABŞ Dövlət Departamenti: Fələstin Beynəlxalq Cinayət Məhkəməsinə üzv ola bilməz

ABŞ Dövlət Departamenti: Fələstin Beynəlxalq Cinayət Məhkəməsinə üzv ola bilməz
23:27 7 Yanvar 2015
384 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 23:22 ]

Bakı-APA. Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması qeyri-mümkündür.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bəyan edib.

 

“Fələstin dövlət olmadığına görə, bu qurumun işində iştirak edə bilməz”, deyə C.Psaki bildirib.

 

Bundan əvvəl BMT-nin Baş katibi Pan Qi Mun Fələstinin aprelin 1-dən qismən tanınan ölkə kimi Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağını bildirmişdi. Qeyd edək ki, Məhkəməyə üzvlük  Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa imkan verəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR