İki erməninin meyiti tapıldı

İki erməninin meyiti tapıldı
23:36 7 Yanvar 2015
116 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda Cənubi Qafqazı Rusiya ilə birləşdirən Hərbi Gürcüstan yolunda iki erməninin meyiti tapılıb.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları onların meyitini aşkarlayıb.

Bildirilir ki, hər iki erməni Ermənistana gedərkən yolda onları don vurub. Cəsədlər Tiflisdə morqa yerləşdirilib.

Onlardan birinin 52, digərinin isə 70 yaşı var.

Qeyd edək ki, Gürcüstandakı hava şəraiti üzündən Cənubi Qafqazı Rusiya ilə birləşdirən Hərbi Gürcüstan yolunda hərəkət dayanıb.

Ermənistanı strateji tərəfdaşı Rusiya ilə bağlayan bütün quru yolllar bağlanıb. Tam mühasirə şəraitində çabalayan İrəvan Rusiya ilə yalnız hava yolu ilə əlaqə saxlayır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR