Konseptual Infinit Q60 - FOTO

Konseptual Infinit Q60 - FOTO
23:52 7 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Yapon şirkəti Infiniti ictimai debütü qarşıdan gələn Detroyt avtomobil sərgisində olacaq yeni Q60 konseptual kupeni məxvilikdən çıxardıb. Premial yeni idman avtomobili bəzi məsələləri Q80 konseptində olduğu kimi həll edilib. Onun alçaq damı və aerodinamik “qəlsəmələri” Q50 Eau Rouge ekstremal sedanı xatırladır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yapon şirkəti yeni Infiniti Q60 konseptual kupe haqqında ilkin açıqlama versə də yeni avtomobilin bütün sirrlərini açmayıb. İndi məlumdur ki, avtomobil iri 21 düymlük təkər disklərindən istifadə edir və çoxlu sayda xrom elementlərə sahibdir. Şirkətdə bildirirlər ki, kupenin interyeri yüksək keyfiyyətli materiallarla işlənib. Burada sırınma dəri və karbon taxmalar görmək olar.
 
Mətbuat üçün qısa açıqlamada qeyd edilib ki, Infiniti Q60 konsept kupe 2+2 konfiqurasiyalı salona sahibdir. Avtomobilin seriya istehsalı 2015-ci ildə şirkətin İngiltərədəki zavodunda başlayacaq.
 
Əvvəllər xəbər verildiyi kimi Q60 kupe BMW M4 ilə rəqabət aparacaq. Yeni avtomobil satışa 2016-cı ildə 30 000 funt sterinqlə başlayan qiymətlə çıxacaq.
 
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/avto/317590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR