Şirkət rəhbərinin qızı həbs edilə bilər (FOTO)

Şirkət rəhbərinin qızı həbs edilə bilər (FOTO)
00:01 8 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya “Korean Air” aviaşirkətinin rəhbərinin qızı Ço Xen 15 il həbs oluna bilər.

ANS PRESS-in məlumatına görə, o, təyyarədə davranış qaydalarını pozmaqda ittiham olunur.

Ço Xen ona fındıqları yanlış formada verən stüardessanı bortdan qovmağı tələb edib.

Şirkət başçısının qızı təhlükəsizlik qaydalarının pozulmasında, marşrut reysini dəyişdirmək cəhdində və aviaşirkətin əməkdaşlarına qarşı yaraşmayan davranışda ittiham edilir.

Qeyd edək ki, hadisə keçən il dekabrın 5-də olub. Xen ekipajdan duzlu fındıqları boşqabda deyil, paketdə gətirən stüardessanı qovmağı tələb edib. Nəticədə Nyu-York reysi 20 dəqiqə dayanıb. Daha sonra Xen öz davranışına görə üzr istəyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318310

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR