Parisdə terror aktını törədənlər Suriyada döyüşüblər

00:42 8 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 00:37 ]

Bakı-APA. Parisdə terror aktını törədən silahlılar Suriyada döyüşüblər.

APA-nın “Gazeta.ru”-ya isrinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.

 

Məlumata əsasən, polis artıq üç terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirib. Onların hər ikisi, 32-34 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşlarıdır.

 

Terrorçular 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar. Fransa polisi digər təfərrüatlar barədə hələlik məlumat vermir.

 

Xatırladaq ki, yanvarın 7-də Parisdə  “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR