Fransa ordusu hücuma keçir

Fransa ordusu hücuma keçir
01:11 8 Yanvar 2015
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa Hərbi Dəniz Qüvvələri İŞİD-ə qarşı hərəkətə keçir.

ANS PRESS-in məlumatına görə, Fransa HDQ-nin aviadaşıyıcı gəmilərini yanvarın 12-də İŞİD terrorçu qruplaşmasına qarşı keçiriləcək hərbi təlimlərdə iştirak etmək üçün Fars körfəzinə göndərəcək.

Yelisey sarayı xəbəri təsdiqləyib: "Şarl de Qoll" hərbi gəmiləri yanvarın 12-də Fars körfəzinə göndəriləcək.

Fransa prezidenti Fransua Ollandın isə yanvarın 14-də Tulonda yerləşən HDQ-nin bazasına planlaşdırılan səfəri zamanı rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.

Fransa mətbuatı yazır ki, təlimlərdə iştirak edəcək hərbi gəmilər daha sonra İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=318331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR