"Messinin cəzası ləğv ediləndə dəli kimi sevindim"

"Messinin cəzası ləğv ediləndə dəli kimi sevindim"
14:47 17 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Argentina futbolunun canlı əfsanəsi Diyeqo Armando Maradona Lionel Messiyə hakimi təhqir etdiyi üçün kəsilən cəzanın ləğv olunmasından razı qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Maradona buna görə FİFA prezidentinə də təşəkkür etdiyini deyib.

"Messinin cəzası ləğv ediləndə dəli kimi sevindim. İnfantino ilə danışıb ona təşəkkürümü bildirdim. Bir insanı təhqir etmək pisdir. Futbolda buna rast gəlinir. Messiyə belə cəza ədalətsizlik idi. Cəzanın aradan qaldırılması Argentina üçün yaxşı oldu".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR