Yaprak Eriş: "Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim"

Yaprak Eriş: "Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim"
14:52 17 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Yaprak Eriş jurnalistlərin suallarını cavablandırıb. “Report” həmin müsahibəni təqdim edir.


- Yarışın qalibi oldunuz. Təəssüratlarınız necədir?
- Qızıl medal qazandım, Allaha şükürlər olsun. Yarış gözəl keçdi. Dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm.
- Qızıl medal əldə edəcəyinizi gözləyirdinizmi?
- Əlbəttə, bütün yarışlarda hədəfim birici olmaqdır. Buna uyğun məşqlər keçmişdim. İstəyimə nail oldum.
- Finalda həmyerliniz Dürdanə Altunelə qalib qalib gəldiniz. Bu barədə nə deyə bilərsiniz?
- Türkəm, həlledici görüşdəki rəqibim də Türkiyə təmsilçisi idi. Bu səbəbdən, ikiqat həyəcanlı idim. Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim.
- Valideynləriniz qələbəniz barədə nə söylədilər?
- Bura mənə yad deyil, qardaş ölkəni təmsil edirəm. Heç bir şey demədilər.
- Qələbəniz həm də Türkiyəyə özünüzü sübut anlamına gəlirmi?
- Əlbəttə, özümü isbatladım.
- Gələcəkdə Türkiyə yığmasına çağırsalar necə, gedəcəksinizmi?
- Xeyr, qayıtmaram. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/yaprak-eris-turkiyeden-azerbaycana-transfer-olunmaqla-duz-etdiyimi-gosterdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR