Gimnastımızla evlənən ƏRƏB ŞEYXİ, daha bir azərbaycanlı qızla... - FOTO

Gimnastımızla evlənən ƏRƏB ŞEYXİ, daha bir azərbaycanlı qızla... - FOTO
14:53 17 May 2017
320 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Xəyalə Hüseyn məşhur ərəb şeyxi ilə foto çəkdirib.

Publika.az xəbər verir ki, “Mag” və “Fit” verilişlərinin aparıcısı olan Xəyalə Hüseynli “Bakı 2017 İslam Həmrəyliyi Oyunları”nın fəxri səfiri seçilən Şeyx Səid əl-Məktumla görüşüb. Bu il milli yığma komandada Azərbaycanı atıcı olaraq təmsil edən aparıcı Xəyalə Hüseyn Səid əl-Məktumla şəkil çəkdirmək fürsətini əldən verməyib.

Qeyd edək ki, Səid əl-Məktum keçən il azərbaycanlı bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı ilə ailə qurub. Z.Cavadalı şeyxin sayda 3-cü həyat yoldaşıdır.

Atasından 16 milyard dollar sərvət qalan Səid əl-Məktum idman sahəsində böyük nailiyyətlər əldə edib. O, 1995-ci ildən etibarən peşəkar atıcı kimi fəalliyət göstərir, Olimpiya oyunlarının iştirakçısıdır. Səid əl-Məktumun “Əl-Şabab” adlı şəxsi futbol klubu, beynəlxalq dərəcəli at yarışlarında iştirak etmək üçün nəzərdə tutulan qaçış atları kolleksiyası var.

Nəzərə çatdıraq ki, Maktumlar dünyanın ən varlı monarxlarından sayılırlar.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/199143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR