Voleybol yığmamız yarımfinala yüksəldi - İslamiada

Voleybol yığmamız yarımfinala yüksəldi - İslamiada
15:05 17 May 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışı davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, millimiz qrup mərhələsinin son oyununda Türkmənistanla qarşılaşıb. Buna qədər Pakistanı 3:0, Türkiyə yığmasını isə 3:2 hesabı ilə məğlub edən kişi idmançılarımız bu dəfə türkmənistanlı rəqiblərinə qalib gəliblər - 3:0.

Beləliklə, voleybol yığmamız qrup lideri kimi yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR