Play Store

26 tibb bacısının diplomu saxta çıxdı

26 tibb bacısının diplomu saxta çıxdı
15:17 17 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

"Səhiyyə Nazirliyi tərəfindən cari ilin 5 ayı ərzində səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 26  saxta diplom aşkarlanılıb".

Milli.Az xəbər verir ki, bunu lent.az-a Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
 
E.Əzizov bildirib ki, diplomu saxta çıxmış 26 şəxsin hamısı orta tibb işçisidir: "Ümumiyyətlə, araşdırmaların nəticələrinə əsaslanaraq deyə bilərəm ki, orta tibb işçiləri, yəni tibb bacıları sənədlərini daha çox saxtalaşdırmağa meyilli olurlar. İndiyə qədər diplomu saxta çıxan tibb işçilərinin 99%-ni orta tibb işçiləri təşkil edib".
 
Qurum rəsmisi əlavə edib ki, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib: " Bu tibb işçilərinin bəziləri artıq işləyir, yəqin ki, işlərinə xitam veriləcək. Bəziləri isə işlə bağlı müraciət edəndə diplomunun saxta yolla əldə edildiyi müəyyən olunub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR