Play Store

Erməni mahnısı oxuyan Özcan Dəniz: "Azərbaycanlıların hirsini anlayıram"

15:19 17 May 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Özcan Dəniz erməni dilində mahnı oxumasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bildirib ki, “Mi gna” mahnısının erməni dilində olmasından xəbərsiz olub: “Mən musiqiçiyəm. Heç bir millətin musiqisinə düşmən olmaram. Radioda rastıma çıxdı, bütün komanda heyəti hansı dilə aid olduğunu düşünmədən əyləndik. O anımızı isə sizlərlə paylaşdıq. Mesajlardan sonra erməni mahnısı olduğunu bildim. Sizin həssaslığınızı başa düşərək lövhəmdən sildim. Biz yunanların da mahnısını paylaşırıq. Bizim mədəniyyətimizdə mahnılara düşmən olunmaz. Mənim ölkəmdə bir çox erməni var, sizin kimi düşünmürəm, düşünə də bilmirəm. Hamımız bu ölkədə Türkiyə vətəndaşı olaraq yaşayırıq. Sənətə, mədəniyyətə, musiqiyə düşmən olunmaz. Siyasətə düşmən olunar. 

Mən siyasətçi və siyasətlə məşğul olan sənətçi deyiləm. Azərbaycanlı qardaşlarımızın hirslərini anlayıram və həssaslıq göstərirəm. Mən Azərbaycana sizdən pul qazanmaq üçün konsert və film təqdim etmirəm. Oradakı dostlarımla bərabət türk kinosu ilə sizi yaxınlaşdırmaq istəyirəm. Sosial həyatınızı canlandırmağa çalışıram. Bu dünyada heç kimə türk, kürd, erməni, ərəb, yunan olduğu üçün baxmıram. Əgər baxsam, sənətçi olmaram. Onlar insan olduğu üçün baxıram. Sizi sevirəm, acılarınızı sonuna qədər paylaşıram. Sizdən bir mənfəət güdmürəm”.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR