"Zəfər günləri" davam edir: Qalib idmançılarla görüş keçirilib (FOTO)

"Zəfər günləri" davam edir: Qalib idmançılarla görüş keçirilib (FOTO)
15:36 17 May 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Milli Olimpiya Komitəsində (MOK) “Zəfər günləri” adlı silsilə xarakterli tədbirdə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında medal qazanmış Azərbaycan idmançıları ilə görüş keçirilib.

Trend-in məlumatına görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, Azərbaycan idmançıları 13 medal qazanıblar. Bu medallardan 8-i qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür.

Sonra medalçılara hədiyyələr verilib.

Qonaqlara konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR